BDU-da Gənclər Günü qeyd olunub

 

Universitetin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Sonra Filologiya fakültəsinin dekan müavini Anar Fərəcov, Kitabxanaçılıq və informasiya fakültəsinin dekan müavini Ələmdar Cabbarov və Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin I kurs tələbəsi Kənan Seyfullazadə çıxış ediblər.

Çıxışlarda Prezident İlham Əliyevin 2019-cu il 30 dekabr tarixli Sərəncamı ilə 2020-ci ilin “Könüllülər ili” elan edilməsi, gənclərin könüllü fəaliyyətinə cəlb olunması, dövlətimizin ümumilikdə gənclərin inkişafına xüsusi diqqəti və gənclər siyasətinin prioritet olaraq müəyyən olunması qeyd olunub. Sonda çıxışçılar gənclərin ölkənin sosial-iqtisadi, ictimai-siyasi həyatında fəallığının artırılması işində böyük rol oynadığını qeyd edərək bütün gəncləri təbrik ediblər.

Tədbir konsert proqramı ilə sona çatıb.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir