Güclü külək Gəncədə fəsadlar törədib

 Güclü külək Gəncədə fəsadlar törədib

Gəncədə müşahidə edilən güclü külək bir sıra fəsadlar törədib.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, axşam saatlarından başlayan külək nəticəsində şəhərin bəzi ərazilərində iri gövdəli ağaclar aşaraq elektrik və qaz xətlərini sıradan çıxarıb.

Şəhərin şərti olaraq “Azərittifaq” adlanan ərazisində elektrik naqillərinin sıradan çıxması nəticəsində onlarla ev işıqsız qalıb. Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub və yaranmış fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır.

Qeyd edək ki, hazırda şəhər ərazisində küləkli hava şəraiti müşahidə olunur.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir