İspaniyada koronavirusa ilk yoluxma hadisəsi qeydə alınıb

 İspaniyada koronavirusa ilk yoluxma hadisəsi qeydə alınıb

Xarici mətbuata  xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nаzirliyi bildirib.

Qeyd edilir ki, virus beş alman turistindən birində aşkarlanıb. Onlar Homera (Kanar adaları) adasının klinikasında karantində olublar və analizlər Madriddəki III Karlos İnstitutuna göndərilib.

“Analizlərdən biri müsbət nəticə verib”, – Səhiyyə Nаzirliyinin xəbərində deyilir.

Virusun aşkarlandığı turist ətraf aləmdən təcrid olunub.

Daha əvvəl bildirilirdi ki, beş alman turistindən ikisi Almaniyada koronavirus aşkarlandığı şəxslərlə ünsiyyətdə olublar. Alman həkimlər ispaniyalı həmkarlarına bu barədə xəbərdarlıq ediblər. Bundan sonra turistlər karantinlə göndəriliblər.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir