Rusiya Çindən almanları təxliyə edən təyyarənin Moskvada enişinə icazə verməyib

Rusiya hakimiyyəti  Almaniyaya məxsus təyyarənin Çindən geri dönüşdə yanacaq doldurmaq üçün Moskva aeroportuna enişinə icazə verməyib.

Bu barədə Almaniyanın Müdafiə naziri Anneqret Kramp-Karrenbauer  xəbər verib:

Bizim Rusiya üzərindən uçuşa icazəmiz var idi. Eləcə də bizə yanacaq doldurmaq üçün enişə icazə veriləcəyi bildirilmişdi.  Lakin situasiya tamam başqa istiqamətdə dəyişdi.  Bunu gələn həftə Almaniyanın Xarici İşlər Nazirliyi ilə müzakirə edəcəyik.

Alman nazirin bildirdiyinə görə, Rusiya enişə icazə verməməyini  “Moskva aeroportunun  məhdud buraxılış imkanı ilə”  izah edib.

Almaniyanın “Bild” nəşri isə Rusiyanın bu qərarı  təyyarə hələ Çində olarkən pilotlara çatdırdığını yazıb.

Alman mətbuatının yazdığına görə, A310 tipli təyyarənin göyərtəsində  108  Almaniya  vətəndaşından başqa 34 Çin, 1 ABŞ, 1 Bolqarıstan vətəndaşı var.

Təyyarə son eniş məntəqəsi  Frankfurta enib.   Moskva imtina etdikdən sonra təyyarə Helsinkiyə getməli olub.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir