"Sabah"ın baş məşqçisi: "Bu vəziyyətdən çıxmaq üçün qol vurmalıyıq"


 "Sabah"ın baş məşqçisi: "Bu vəziyyətdən çıxmaq üçün qol vurmalıyıq"

“Sabah”ın baş məşqçisi Jelko Sopiç Premyer Liqanın XV turunda “Zirə”yə səfərdə 0:2 hesabı ilə uduzduqları matçdan sonra mətbuat konfransı keçirib. Sport24.az xəbər verir ki, xorvatiyalı mütəxəssis əvvəlcə qarşılaşmanı dəyərləndirib.

“Demək olar ki, ilk hissədə hər şey nəzarətimizdə idi. Sadəcə, bu dəfə də hissənin son dəqiqələrində qol buraxdıq”. 

“Report”un məlumatına görə, bunu “Sabah” komandasının baş məşqçisi Jelko Sopiç səfərdə “Zirə”yə 0:2 hesabı ilə uduzduqları futbol üzrə Azərbaycan Premyer Liqasının XV tur matçından sonra mətbuat konfransında deyib. Xorvatiyalı mütəxəssis öz səhvlərindən qol buraxdıqlarını bildirib: “Rəqib yaxşı komandadır, yaxşı sürətli hücumçuları var. Onlara boşluqlar vermək lazım deyildi, öz səhvlərimizdən bizə qol vurdular. Bizim qol vura bilməməyimiz isə təkcə hücum xəttinin deyil, ümumi problemdir. Qol vurmaq üçün daha yaxşı möqve seçmək lazımdır. Bu cəhdimizi etdik, ancaq alınmadı. Komandamız bu vəziyyətdən çıxmaq üçün qol vurmalıdır”.

Sopiç yeni transfer Xulio Sezar Rodrigesin bu problemi həll etmək iqtidarında olduğuna ümid etdiyini söyləyib: “Ümid edirəm ki, o, gələcəkdə bizə kömək edəcək. Bizimlə cəmi bir məşqə çıxsa da, yaxşı təsir bağışladı. Bu, şahmat deyil ki, fiqurların yerlərini dəyişərək başqa yerə qoyasan. Adaptasiya olmalarına vaxt lazımdır. Həmçinin Yevgeni Koçuka böyük ümidlərimiz var”.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir