Bakıda sürücü icarəyə götürdüyü avtomobili beton maneəyə çırpıb

 Bakıda sürücü icarəyə götürdüyü avtomobili beton maneəyə çırpıb

Bu gecə Bakının Xətai rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Fəhlə prospektində qeydə alınıb.

Belə ki, adı hələlik naməlum şəxs icarəyə götürdüyü avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsini yolun kənarındakı beton maneəyə çırpıb.

Qəza nəticəsində avtomobildə olan sərnişin, 1993-cü təvəllüdlü Məmmədov Anar ağır xəsarət alıb. O, təcili tibbi yardımın köməkliyi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Müayinə zamanı ona qapalı kəllə-beyin zədələnməsi diaqnozu qoyulub. Vəziyyəti ağır olduğundan, reanimasiya şöbəsinə yerləşdirilib.

Məmmədov Anarın yaxınları bildirib ki, avtomobildə daha üç nəfər olub və onlar qəza baş verdikdən sonra hadisə yerindən qaçıblar. Faktla bağlı araşdırma aparılır.

Ramin Şahbazov

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir