Yol hərəkətinə nəzarət gücləndirilib

 Respublikamızın avtomobil yollarında hərəkətə nəzarət gücləndirilib

Respublikamızın avtomobil yollarında foto və video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrlə yol hərəkətinə nəzarət daha da gücləndirilib.

“Report” Bakı Şəhər Baş Polis İdarəsinə istinadən xəbər verir ki, ötən il 502 radar, 617 videokamera və 296 nömrəoxuma sistemi və digər xüsusi texniki vasitələr quraşdırılıb. Burada polisin əsas məqsədi hərəkət iştirakçılarını cəzalandırmaq yox, yol hərəkətinin təhlükəsizliyini və tənzimlənməsini həyata keçirməkdir.

Bu, vacib və şərəfli vəzifələrdən olan insanların həyat və sağlamlığının avtoqəzalardan qorunmasına xidmət etməklə yanaşı, yol hərəkəti qaydalarının kobudcasına pozulması hallarının qarşısını almağa yönəlib.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir