Sumqayıt sakini ağır xəsarət alıb

 Sumqayıt sakini Müşfiqabadda ağır xəsarət alıb

Bakının Qaradağ rayonu ərazisində 38 yaşlı kişi yıxılaraq ağır xəsarətlər alıb.

“Report” xəbər verir ki, hadisə Müşfiqabad qəsəbəsində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini, 1982-ci il təvəllüdlü Süleymanov Sadiq qəsəbədə yıxılaraq ağır xəsarətlər alıb.

1 saylı Kliniki Tibbi Mərkəzinə çatdırılan yaralı dərhal həkimlərin nəzarətinə götürülüb.

Müayinə zamanı ona baş nahiyəsinin və bədənin müxtəlif nahiyələrinin əziyi diaqnozu qoyulub.

Hazırda yaralı müalicəsini xəstəxanada davam etdirir.

Ramin Şahbazov

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir