"AzadlıqRadiosu" Azərbaycan xidmətinin keçmiş rəhbəri Mirzə Xəzər vəfat edib

Bu barədə jurnalist, Mirzə Xəzərdən sonra “AzadlıqRadiosu”nun Azərbaycan xidmətinə bir müddət rəhbərlik etmiş Kənan Kazımoğlu özünün “Facebook” səhifəsində məlumat paylaşıb:

Almaniyadan kədərli xəbər gəldi. Yanvarın 31-də Azadlıq Radiosunun əfsanəvi səsi Mirzə Xəzər vəfat edib. Allah rəhmət eləsin!”

Mirzə Xəzər Almaniyanın Münhen şəhərində yaşayırdı.

Mirzə Xəzər Azərbaycan xalqının 20 Yanvar faciəsini, eləcə də o dövrün bir sıra hadisələrini həm ölkəyə, həm də  dünyaya  çatdıran səsi idi. Bu misilsiz xidmətinə görə  o, Aərbaycan tarixndə hər zaman ehtiramla anılacaq.

O, bu videoda  “AzadlıqRadiosu”nun 1990-cı ilin yanvarındakı fəaliyyəti haqda danişir. Onunla söhbət Münhendə, radionun 21 il əvvəl yerləşdiyi binada gedir:

Mirzə Xəzər ( Mikayıl) – 1947-ci ildə Göyçay rayonunda doğulub.

O, 1973-cü ildə Azərbaycan Dövlət Unversitetinin hüquq fakultəsini bitirib. 1974-cü ilin əvvəllərinə kimi Sumqayıtda vəkil işləyib. Həmin il SSRİ-ni tərk edib.

1975-ci ildə İsraildə Tel-Əviv Unversitetində kursda olub. 1975-1976-cı illərdə İsrail ordusunda xidmət edib.

1976- 1985-ci illərdə Azadlıq Radiosunun Azərbaycan xidmətində çalışıb. Sonra Birləşmiş Ştatlara köçüb.

1985-1987-ci illərdə Amerikanın Səsi radiosunda çalışıb. Amma təkrar Azadlıq Radiosuna qayıdıb.

1987-2003-cü illərdə Azadlıq Radiosunun Azarbaycan xidmətinə rəhbərlik edib.

O, İncili, “Əli və Nino” romanını Azərbaycan dilinə tərcümə edib.

Allah rəhmət eləsin…

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir