İdlibdə vəziyyət kəskinləşib: Türkiyə 4 şəhid verib

 

Suriyanın İdlib  bölgəsində hərbi qarşıdurma kəskinləşib.  Qardaş Türkiyənin 4 əsgəri  Əsəd rejiminin açdığı atəşlə şəhid olub. 9 yaralı var. 

Türkiyə dərhal misilləmə cavab tədbirləri görüb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynaya səfərindən əvvəl hava limanında keçirdiyi mətbuat konfransında bu barədə məlumat verib. Rejim güclərinə aid 46 hədəf intensiv atəş altına alınıb.

Ərdoğan əməliyyatların davam edəcəyini bildirərək Rusiya tərəfinə xitabən:

 Hədəfimiz siz deyilsiniz, tamamilə rejimdir, qarşımızı kəsməyə çalışmayın”

, – deyib.

Prezident qarşı tərəfdən 30-dan çox rejim ünsürünün məhv edildiyini də diqqətə çatdırıb. 

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir