Koronavirus nə dərəcədə təhlükəlidir: iddia və reallıq

 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) statistikasına görə, son illər mövsümi qriplərdən – kəskin respirator virus infeksiyalarından (KRVİ) (hər il)

650 000 insan həyatını itirir.

Özü də bu rəqəm əvvəlki dövrlərlə müqayisədə daha yüksəlib. Məsələn, on il əvvələcən KRVİ səbəbindən dünyasını dəyişənlərin sayı (hər il) 250-500 mindən çox deyildi.

“Amandır, koronavirus” epidemiya həyəcanı qaldırılandan ötən müddətdə ölənlərin sayı 300-dən bir qədər artıqdır. Yoluxanlar isə 20 000 civarındadır. Bəzi iddialara görə, bir neçə dəfə çoxdur…

Maraqlıdır ki, bu, eyni dövrdə digər analoji viruslardan ölənlərin və yoluxanların sayından azdır.

Diqqət çəkən bir neçə məqam da var: ölən və yoluxanların istisnasız hamısı ya bu şəhərin sakinləridir, yaxud bu şəhərə səfər etmiş şəxslərdir.

Ölüm halları əsasən yaşlı və xroniki xəstəlikləri olanlar arasında qeydə alınır. Sağalanlar da var. Yoluxanlar da daha çox yaşlı insanlar, immuniteti zəif olanlardır. Həyatını itirənlər, virusa yoluxanlar arasında uşaq və yeniyetmə yoxdur. Belə bir xəbərə rast gəlinməyib. Hətta olsaydı belə, nadir faktlara epidemiya adı vermək çətindir.

Əgər bu epidemiyadırsa, niyə Çinin digər şəhər və əyalətlərinə sıçramayıb? Ocaq ancaq Yuhandadır – ora getməyən heç kim bu virusa yoluxmayıb.

Oradan qayıtmış, o şəhərin əhalisi ilə təmasda olmuş (Yuhandan kənarda)  şəxslərin virusa yoluxma faktı da qeydə alınmayıb.

Nə baş verir?

Qorxu filmlərində gördüyümüz kadrlar hər gün ekranlarımızdadır – insanı xoflandıran  xüsusi geyimli tibb personalı, avadanlıq və alətlər fövqəladə haldan xəbər versə də, faktlar bunu inkar edir.

Sanki Qərbin informasiya və ideologiya mərkəzləri süni şəkildə bu virus ətrafında ajiotaj yaradır, dünya ictimaiyyətini təşvişə salırlar.

Məgər bu virus elmə yeni bəlli olub? Xeyr, koronavirus elm ötən əsrin 60-cı illərindən onunla tanışdır – mikroskop altında taca oxşadığı üçün də Koronavirus adlandırılıb.

Tibb elminin inkişaf səviyyəsi fonunda  bu virusun yeni növünün genetik kodu  indi “açılsa” belə, ona qarşı təsirli preparatların mövcudluğunu ehtimal etmək mümkündür. Zatən yoluxmuş şəxslərdən  sağalanlar çoxdur – amma nədənsə onların statistikası ictimailəşdirilmir.

Düşünürük ki, həqiqətən, koronavirus epidemiya təhlükəsi olsaydı, bütün görülən tədbirlərə baxmayaraq yoluxma halları qat-qat çox, mövsümi KRVİ yoluxmalarından  artıq olardı. Həqiqətən də, insandan insana, xüsusilə də, iddia edildiyi kimi – virusun simptomları üzə çıxmadan, inkubasiya dövründə yoluxdurma xüsusiyyəti varsa, bunun qarşısını almaq mümkün olmazdı.

Hələ də yoluxanlar ancaq (yuxarıda da qeyd etdiyimiz kimi) yalnız Yuhan sakini və ya qonağı olanlardır. Bu, necə yoluxucu  virus və epidemiyadır ki, yalnız eyni şəhər sakinini və ya qonağını tutur, özü də çox az qismini?

Söhbət 1,4 milyard (!) əhalisi olan  Çindən gedir. Əgər epidemiya olsaydı, hesab minlərlə deyil, bəlkə də milyonlarla ifadə olunardı.

Artıq ilk rəqəmlər səsləndirilir: Çin iqtisadiyyatı bir neçə həftə ərzində 60 milyard dollar itirib. İqtisadi inkişaf tempi aşağı düşüb. Bu, Çinin koronovirusdan aldığı ilk zərbədir. Əslində ajiotajın Çinə zərəri bundan qat-qat böyük, misilsiz olacaq. Dünya faktiki olaraq özünü Çindən  təcrid etməyə başlayıb. Ticarət, turizm, ixrac iflic edilib.

Şübhəsiz, bunun ağrıları da tezliklə keçməyəcək – dünyada Çin mallarına tələbat xeyli aşağı düşəcək. Ölümcül virus qorxusu insanları Çin mallarından çəkindirəcək.

Virus canlı orqanizmdən başqa hansı yolla “daşına” bilər?

Bəs bu və ya digər viruslar canlı orqanizmdə yaşamadan, məsələn, istehlak mallarının, əşyaların, qida məhsullarının üstündə və ya tərkibində mövcud ola, bir yerdən digər yerə nəql edilə bilərmi?

 

Bu sualla  tanınmış həkim Vaqif Qarayevə müraciət etdik.

V.Qarayev:

Son məlumat belədir ki, koronavirus istehlak və sənaye mallarından keçmir. Amma qidadan, ərzaq məhsullarından keçir. 2019-nCoV öyrənilməmiş virusdur. Hər gün tədqiq olunur, ona görə məlumatlar da dəyişir…”

Həkim koronavirusdan ölüm hallarının azlığına da münasibət bildirərək deyib:

Ölüm sayının az olması müsbət kriteriya kimi götürülür – bu, yaxşı əlamətdir”.

 

 


Bunu da oxu:

Qripdən – kəskin respirator virus infeksiyalarından necə mühafizə olunaq?

 

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir