"Səbail”in icraçı direktoru istefa verib

 "Səbail”in icraçı direktoru öz istəyi ilə tutduğu vəzifəsindən ayrılıb

“Səbail” klubunun icraçı direktoru Ramin Həsənov öz istəyi ilə tutduğu vəzifədən ayrılıb.

Klubdan verilən məlumata görə,  müvəqqəti olaraq klubun icraçı direktor vəzifəsini baş menecer Fərəc Əliyev yerinə yetirəcək.

Qeyd edək ki, Ramin Həsənov Premyer Liqanın digər klubu olan “Sabah”da baş icraçı direktor vəzifəsinə təyin edilib.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir