"Unibank"a sədr müavini təyin edilib


 "Unibank"a sədr müavini təyin edilib

“Unibank” ASC-nin İdarə Heyəti (İH) sədrinə müavin təyin edilib. 

“Report” Banka istinadən xəbər verir ki, bu vəzifə Fərid Abuşova həvalə olunub. 

O, vaxtilə hazırda ləğv prosesində olan “Dəmir Bank” ASC-nin İH-nin sədri olub, ötən ilin iyun ayından “Unibank”ın Müşahidə Şurası sədrinin strateji inkişaf məsələləri üzrə müşaviri vəzifəsində çalışıb.

Xatırladaq ki, “Unibank” 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı – 1992-ci ildən fəaliyyət göstərən “Mbank” və 1994-cü ildən mövcud olan “Promtexbank”ın birləşməsi ilə yaradılıb. Onun nizamnamə kapitalı 125,686 milyon manatdır. Bankın səhmlərinin 44,5%-i Avropa Yenidənqurma və İnkişaf Bankına, 41,9%-i Eldar Qəribova (Müşahidə Şurasının sədri), 13,6%-i isə digər hüquqi və fiziki şəxslərə məxsusdur.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir