Əl-Qaidə Florida hərbi bazasında atışmaya görə məsuliyyəti üzərinə götürüb

Əl-Qaidə terror qruplaşması dekabr ayında ABŞ-ın Floridadakı Pensakola hərbi bazasına silahlı hücumun məsuliyyətini öz üzərinə götürüb. Lakin heç bir dəlil təqdim etməyib.

Qrup bir aviasiya tələbəsinin sinif otağında 3 nəfəri öldürdüyü və zərərsizəlşdirilməmişdən əvvəl 2 polis əməkdaşı, əlavə olaraq səkkiz nəfərin yaralanması ilə nəticələnən hücumla bağlı səs yazısı yayımlayıb.

“Müsəlman millətimizi təbrik edirik və şəhid qəhrəmanı, cəsarətli cəngavər Məhəmməd bin Səid əl-Şamraninin əməliyyatına alqışlayırıq”, səs yazısında bildirilir.

“Reuters” agentliyi səs yazısının həqiqiliyini təsdiqləyə bilməyib.

Qərb mətbuatı adını açıqlamadığı mənbəyə istinadən ABŞ hökumətinin  hücum edən şəxsin Əl-Qaidə  adına hərəkət etdiyinə  inanmadığını yazır.

Əl-Qaidə ola bilsin ki, bu iddianı bu günlər dron hücumu nəticəsində liderinin öldürülməsinə cavab məqsədilə ortaya atıb.

Yəməndən verilən məlumatlarda Ərəbistan yarımadasında Əl-Qaidə qrupunun lideri Qassim əl-Rayminin Məribdə dron hücumu nəticəsində öldürüldüyü bildirilir.

“Reuters” xəbər agentliyi bu məlumatı da təsdiq edə bilməyib.  Yəmən hökumətinin bir rəsmisi “Reuters”ə  Məribdə dron hücumu olduğunu, lakin öldürülənin Raymi olmadığını deyib.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir