Almaniyada koronavirusa yoluxanların sayı 11 nəfərə çatıb

 Almaniyada koronavirusa yoluxanların sayı 11 nəfərə çatıb

Almaniyanın Bavariya federal torpağında koronavirusa daha bir yoluxma hadisəsi qeydə alınıb.

TASS xəbər verir ki, bununla da ölkədə koronavirusa yoluxanların sayı 11 nəfərə çatıb.

Regional Səhiyyə Nаzirliyi bildirib ki, koronavirusun indiyədək aşkar edilməmiş ştammına (2019-nCoV) yoluxan uşaqdır. Virus ona atasından keçib. Belə ki, uşağın atasından virusla bağlı götürülən analizlərin cavabı müsbət çıxıb.

Qeyd olunub ki, artıq Bavariyada  doqquz nəfər koronavirusa yoluxub. Çinin Uhan vilayətindən 1 fevral tarixində təxliyə edilən iki Almaniya vətəndaşında da koronavirus aşkar edilmişdi.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir