Britaniyada benzin, dizel və hibrid mühərrikli avtomobillərin satışı qadağan edilə bilər

 Britaniyada benzin, dizel və hibrid mühərrikli avtomobillərin satışı qadağan edilə bilər

Böyük Britaniyada 2035-ci ilə qədər benzin və dizel mühərrikləri olan yeni avtomobillərin satışı qadağan edilə bilər.

“TASS” xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş Naziri Boris Consonun dəftərxanası tərəfindən yayılmış xəbərdə bildirilir.

Bu siyahıya həmçinin hibrid mühərrikli avtomobillər də daxildir. Qeyd olunub ki, əsas məqsəd avtomobillər tərəfindən havaya atılan zərərli tullantıların miqdarının azaldılmasıdır.

Bundan əvvəl Böyük Britaniyada bu qadağanın 5 il sonra, 2040-cı ildə tətbiq ediləcəyi xəbəri yayılmışdı və hibrid avtomobillərin satışının qadağan edilməsi də gündəmdə deyildi.

Bildirilib ki, bu cür tədbirlərdən istifadə edərək London 2050-ci ilə qədər istixana qazı tullantılarını sıfıra endib, dünyanın ən sərt ekoloji qanunlarından birini həyata keçirmək niyyətindədir.

Müvafiq qanunvericilik təşəbbüsü ötən ilin iyun ayında ölkə parlamentinə təqdim edilib.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir