Çində koronavirusdan 425 nəfər həyatını itirib - YENİLƏNİB

 Çində koronavirusdan ölənlərin sayı 425 nəfərə çatıb - YENİLƏNİB

Çində koronavirusun indiyədək aşkar edilməmiş ştammına (2019-nCoV) yoluxanların sayı 19 700, bu virus səbəbindən həyatını itirənlərin sayı isə 425 nəfərə çatıb.

Bu barədə Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə üzrə Komitəsi məlumat yayıb.

Məlumata əsasən, virusa yoluxmaqda şübhəli bilinənlərin sayı 21,5 min nəfərdir.

İndiyədək 622 nəfər sağalaraq xəstəxananı tərk edib.

***02:44

Çinin Hubey əyalətində koronavirusun indiyədək aşkar edilməmiş ştammına (2019-nCoV) yoluxanların sayı 13 min 522, bu virus səbəbindən həyatdan məhrum olanların sayı isə 414 nəfərə çatıb.

Bu barədə Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə üzrə Komitəsinin regional idarəsi məlumat yayıb.

Qeyd olunub ki, ötən gün vilayətdə 2345 yeni koronavirus yoluxma hadisəsi qeydə alınıb, 64 nəfər vəfat edib.

Bildirilib ki, 396 nəfər sağalaraq xəstəxananı tərk edib.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir