Dünyada ən böyük karikatura muzeylərindən biri Təbrizdədir

2005-ci ilin mart ayında Təbrizdə açılan Karikatura Muzeyi dünyanın ən böyük beş karikatura muzeyi arasında yer alır. İranın yeganə karikatura muzeyi olan Təbriz Karikatura Muzeyi Asya qitəsinin ən böyük karikatura muzeyidir.

Məşhur Təbrizli karikatura sənətkarı Rəhim Baqqal Əsgərinin səyləri nəticəsində açılan bu muzey 1938-ci ildə inşa edilən Təbriz İncəsənət Evi binasında yerləşir. Bu muzeydə ümumilikdə yüz fərqli ölkədən 20 mindən çox orijinal karikatura əsəri mövcüddür ki, bunların bir hissəsi dünyaca məşhur sənətkarların əsərlərindən ibarətdir.

Muzeydə saxlanılan əsərlər Şərqi Azərbaycan vilayətində keçirilən ondan çox beynəlxalq festivalın nəticəsində toplanılıb. Muzeyin digər bölməsi tarixi və xarici dərgilərin arxivləri ilə yanaşı, mindən çox albomu olan kitabxanadır. Muzeydə dünya şöhrətli ustalar və karikaturaçılar, o cümlədən Zlatkovski Mixail Mixayloviç, Yuri Kosobukin, Koroğlu, Mihaita Prombita, Bayram Hacızadə və başqalarının təxminən 14 min əsəri var.

Təbriz Karikatura Muzeyinin qurucusu  Rəhim Baqqal Əsgəri İranın YJC xəbər agentliyinə verdiyi müsahibədə  deyib:

Təbriz Karikatura Muzeyi, Bolqarıstanın Qabrovo Muzeyindən sonra dünyada ikinci ən böyük muzeydir”.


Mənbə: VoA

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir