Güclü külək cənub və şimal rayonlarında fəsadlar törədib

Güclü külək ölkənin cənub bölgəsində bir sıra fəsadlar törədib. Bu barədə  “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.

T.Mustafayevin sözlərinə görə, külək bu regionda elektrik enerjisi təsərrüfatına ciddi ziyan vurub:

Şimal bölgəsində də güclü külək yaranıb. Belə ki, Xaçmaz, Yalama, Qobustan və Xırdalan, xüsusilə Qobu, Güzdək, Şankar ərazilərində güclü külək bu regionlardakı infrastruktura zərər vurub. Ehtimal olunan qəza hallarının qarşısını almaq üçün “Azərişıq” qabaqlayıcı tədbirlər görür. Bu səbəbdən də bəzi ərazilərdə elektrik enerjisinin verilişi müvəqqəti olaraq dayandırılıb. Külək səngidikdən sonra tez bir zamanda elektrik enerjisi bərpa ediləcək”.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir