Gürcüstanda biri hamilə olmaqla, 6 nəfər yanğından həyatını itirib

 Gürcüstanda biri hamilə qadın olmaqla altı nəfər yanaraq ölüb - YENİLƏNİB - FOTO

Gürcüstanın Bağdati şəhərində yaşayış evlərinin birində yaranan güclü yanğın nəticəsində həyatını itirənlərin sayı 6 nəfərə çatıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Fövqəladə Halların İdarə olunması Xidməti məlumat yayıb.

Yanğının kəşfiyyatı zamanı yaşlı qadının da meyiti aşkar olunub.

Bədbəxt hadisə zamanı həlak olan qadınla dörd yeniyetmə ana və bala olublar. Qadının hamilə olduğu bildirilir.

Yaşlı qadın isə ailənin qohumu olub.

İkimərtəbəli taxta ev tamamilə yanıb. Alovun aradan qaldırılmasında 25 yanğınsöndürən iştirak edib. Yanğın tam söndürülüb.

Gürcüstanın Daxili İşlər Nazirliyi yanğınla bağlı istintaqa başlayıb.

23:25***04.02.2020

Gürcüstanın Bağdati şəhərində yaşayış evində yanğın baş verib.

“Report”un yerli bürosu xəbər verir ki, nəticədə bir qadın və dörd övladı həyatdan məhrum olub.

Hadisə yerinə altı yanğınsöndürən maşın və şəxsi heyət cəlb olunub.

Yanğının  səbəbləri hələ məlum deyil.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir