SOCAR Trading Vyetnama neft tədarükünə başlayıb

SOCAR Trading (Azərbaycan Dövlət Neft Şirkətinin ticarət “törəməsi”) Vyetnamın Dung Quat NEZ-a 2020-ci ilin ilk yarısına 5 mln. barel həcmində neft tədarükünə dair razılaşma çərçivəsində «Azeri Light» markalı neftin ilk partiyasını göndərib.

Müvafiq razılaşma 2019-cu ilin noyabrın 29-da Xanoyda Petrovietnam dövlət şirkətinin tərkibinə daxil olan «Binh Son Refining and Petrochemical Co (BSR) SC ilə SOCAR Trading arasında əldə edilib. BSR 6-7 mln. ton neft emalı gücünə malik Dung Quat NEZ-in (orta güc sutkada 130 min barel) kurasiyasını həyata keçirir.

 


Mənbə: Turan

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir