ABŞ Prezidenti Trampın son dövrlər reytinqi rekord həddə yüksəlib

Prezident Donald Trampın ictimai bəyənilmə reytinqi rekord həddə yüksəlib. Bu barədə “Gallup”  sosial tədqiqatlar şirkəti   məlumat yayıb.

Senatda impiçment dinləmələri sona yetdikcə keçirilən rəy sorğularında Trampın prezident kimi fəaliyyətini amerikanların 49%-nin bəyəndiyi məlum olub. Bu, Tramp üçün indyədək rəy sorğularında qeydə alınan ən yüksək göstəricidir.

2016-cı ildə prezident seçiləndən bəri Trampın reytinqi 40 faiz civarında olub.

Son üç ayda isə onun reytinqi 43%-ə qalxmışdı.

ABŞ  seçicilər arasında keçirilən rəy sorğusunda respondentlərin yarısı onun 2020 noyabr seçkilərində yenidən seçilməyə layiq olduğunu bildirib.

Trampın reytinqləri partiyadaşları respublikaçıların və bitərəflərin dəstəyinə əsaslanır.

Belə ki, Respublikaçılar arasında ona verilən dəstək 94% təşkil edir. Bitərəflər arasında isə dəstək 39%-dən 42%-ə yüksəlib.

Trampın demokratlar arasında reytinqi daha 3% düşərək  7% olub.

“Gallup” rəy sorğusunu 16-29 yanvar tarixləri arasında – Senatda impiçment dinləmələri zamanı keçirib.


Mənbə: VoA

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir