Çində koronavirusla əlaqədar son vəziyyət – YENİLƏNİB

Çində 2019-nCoV virusuna yoluxmuş insanların sayı 24 300 nəfəri ötüb.

Bunu Çin Xalq Respublikasının Səhiyyələri Məsələləri üzrə Dövlət Komitəsi açıqlayıb.

Məlumata görə, vəfat edənlərin sayı 490 nəfərə çatıb.

Mərkəzi hakimiyyətin məlumatlarına əsasən, ölkədə 185 500 nəfərdən çox insan həkim nəzarəti altındadır.

Daha əvvəl “Van” informasiya portalı regional hakimiyyətin məlumatlarına istinadən 23,6 min nəfərin virusa yoluxması, 491 nəfərin vəfat etməsi barədə (Honkonqda bir nəfərin vəfatı nəzərə alınaraq) məlumat verib.

Portalın məlumatına görə, 846 nəfər xəstəlikdən sağalıb.

***02:31

Çinin Xubey əyalətində koronavirus qurbanlarının sayı 479 nəfərə çatıb.

Bu barədə ölkənin Regional Səhiyyə Komitəsi məlumat yayıb.

Məlumata görə, əyalətdə virusa yoluxanların sayı 16,6 min nəfərə çatıb.

Qeyd edilir ki, hakimiyyət orqanları fevralın 4-də virusa yeni 3 156 yoluxma hadisəsini aşkarlayıblar. Virusa 1 967 yoluxma hadisəsi əyalət paytaxtında – Uhan şəhərində qeydə alınıb. Bu şəhər xəstəliyin episentridir.

“Vani” portalı isə bildirib ki, ölkə üzrə virus daşıyıcılarının sayı 23,6 min nəfərə çatıb. Virusa yoluxanların 490 nəfəri həyatını itirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir