Demokrat spiker Trampın nitqinin mətnini cırıb

Çərşənbə günü Donald Trampın illik hesabat məruzəsi zamanı onunla Nümayəndələr Palatasının Demokrat spikeri Nensi Pelosi arasında insident yaşanıb: Tramp Pelosinin uzatdığı əlini sıxmayıb, Pelosi isə öz növbəsində prezidentin nitqinin  sonunda onun arxasınca  çıxışının mətnini cırıb.

Tramp 80 dəqiqə sürən çıxışında impiçment məsələsinə toxunmayıb. Lakin partiyalar arasındakı qarşıdurma çıxış ərzində özünü büruzə verib:  Respublikaçılar Trampı ayaq üstə alqışlasalar da, Demokratlar  çıxışın əksər hissəsini sükutla dinəyiblər.

 


Mənbə: VoA

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir