MSK Yavər Camalovun oğlunun namizədliyini ləğv edib

 MSK Yavər Camalovun oğlunun namizədliyini ləğv etdi

46 saylı Şirvan seçki dairəsindən deputatlığa namizəd Camalov Rəşad Yavər oğlunun namizədliyi ləğv edilib.

Bu məsələ Mərkəzi Seçki Komissiyasının iclasında müzakirə edilib.

İclasda bildirilib ki,  R.Camalovun ikili vətəndaşlığı var.

Müzakirələrdən sonra 46 saylı Şirvan seçki dairəsinin qərarı ləğv edilib.

Qeyd edək ki, namizədliyi ləğv edilən Rəşad Camalov mərhum Müdafiə Sənayesi naziri Yavər Camalovun oğludur.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir