Türkiyədə ikinci qar uçqunu baş verib: 26 nəfər həlak olub

Türkiyənin Van bölgəsində daha bir qar uçqunu baş verib və qar altında 8-i jandarma olmaqla 26 nəfər həyatını itirib. Onların arasında xilasedici,kənd qoruyucuları və mülki şəxslər var.

Qar altında 10-15 nəfərin daha qaldığı ehtimal olunur və onların xilası üçün tədbirlər görülür.

Təbii fəlakətdə zərərçəkənlər arasında prezidentin baş müşaviri Gülhan Orxan da olub – o və daha 56 nəfər xilas edilərək xəstəxanalara yerləşdirilib.  Yaralılardan 9 nəfərin vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, ilk qar uçqununda 5 nəfər həyatını itirmişdi.  Daha sonra eyni yerdə ikinci uçqun baş verib.  Bu zaman həlak olan 12 nəfər  ilk uçqunda qar altında qalmış 2 nəfərin axtarışını həyata keçirərkən fəlakətlə üzləşiblər.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir