AMEA-da Azərbaycan Əsilli Alimlərin Assosiasiyası yaradılacaq

AMEA Rəyasət Heyətinin dünən keçirilmiş iclasında xaricdə fəaliyyət göstərən Azərbaycan Əsilli Alimlərin Assosiasiyasının yaradılması məsələsi müzakirə olunub.

Mövzu ilə bağlı çıxış edən AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov bildirib ki, ölkələrarası əlaqələrin sürətli inkişafı, dünyada qlobal problemlərin mövcudluğu və elmi inteqrasiyanın getdikcə daha da genişlənməsi alimlərin ortaq fəaliyyətini şərtləndirir.

Hazırda dünyanın nüfuzlu elm və təhsil mərkəzlərində müxtəlif elm sahələrini təmsil edən çoxsaylı Azərbaycan əsilli görkəmli alimlərin fəaliyyət göstərdiyini deyən akademik-katib həmin alimlərlə elmi əlaqələrin qurulması, onların elmi potensialından və zəngin təcrübəsindən məqsədyönlü istifadə üçün kompleks tədbirlərin həyata keçirilməsinin zəruriliyini vurğulayıb.

Qeyd edilənləri nəzərə alaraq Rəyasət Heyəti AMEA-da xaricdə fəaliyyət göstərən Azərbaycan Əsilli Alimlərin Assosiasiyasının yaradılması haqqında qərar qəbul edib.

 


Mənbə: AMEA

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir