Renat Dadaşovun vətəndaşlığı ilə bağlı yanlışlıq həll olunub

“Apasport” Renat Dadaşovun vətəndaşlığı qaytarıb

 

İngiltərənin “Vulverhempton” klubunun Avropa Liqası üçün UEFA-ya təqdim etdiyi iştirak ərizəsində yer alan Renat Dadaşovun vətəndaşlığı dəyişdirilib.

“Apasport”un məlumatına görə, Azərbaycan milli komandasının futbolçusu öncə almaniyalı kimi göstərilib.

Bu, onunla ehtimal olunurdu ki, hücumçu Almaniyada doğulub və bu ölkənin aşağı yaş qruplarından ibarət millilərində oynayır.

“Apasport” həm UEFA, həm AFFA ilə əlaqə saxlayaraq məsələnin nə ilə bağlı olduğunu araşdırmağa cəhd edib. Sonuncular məşğul olduqlarını əsas gətirərək məsələyə münasibət bildirməkdən boyun qaçırıblar.

AFFA-dan fərqli UEFA məsələyə daha həssas yanaşıb. Qitə futbol qurumu sorğuya cavab olaraq  yanlışlığı aradan qaldırıb:

Bu barədə bizi məlumatlandırdığınız üçün təşəkkür edirik. Bu məlumat dəyişdirilib və yenilənib”.

Beləliklə, “Apasport” futbolumuzla bağlı UEFA-dakı yanlışlığı aradan qaldımağa nail olub.

 

“Apasport” Renat Dadaşovun vətəndaşlığı qaytarıb

“Apasport” Renat Dadaşovun vətəndaşlığı qaytarıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir