Apelyasiya Məhkəməsi müxalifət fəalının şikayətini təmin etməyib

Fevralın 5-də Bakı Apelyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan fəalı Əlzamin (Zamin) Salayevin inzibati həbsi ilə bağlı məhkəmə qərarından şikayətinə baxılıb. Məhkəmə şikayəti təmin etməyib.

Salayev qanunsuz həbs olunduğunu, Səbail rayonu Polis İdarəsinin 8-ci Polis Bölməsində işgəncəyə məruz qaldığını, bədəninə elektrik cərəyanı verildiyini iddia edir.

Daxili İşlər Nazirliynin mətbuat xidmətinin rəisi Ehsan Zahidov işgəncələrlə bağlı deyilənləri təkizb edib.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir