Azərbaycan polisindən növbəti qürurverici hərəkət

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb:

Metronun Gənclik stansiyasında naməlum şəraitdə 307 manatını itirən Sevda Kərimova kömək üçün polisə üz tutub. Şəhid ailəsini asayiş keşikçiləri tezliklə sevindirib.

Məlum olub ki,  həmin stansiyada xidmət aparan polis kiçik serjantı Musa Sabirli təqribən saat 14:00 radələrində metronun girişində 307 manat tapması barədə Metropolitendə Polis Şöbəsinin rəhbərliyinə məlumat verib.

Elə həmin gün axşam saatlarında S.Kərimova rəhbərlik tərəfindən şöbəyə dəvət olunub və itirdiyi 307 manat ona qaytarılıb. Sevincini hər kəslə bölüşmək istəyən S.Kərimova asayiş keşikçilərinə təşəkkürünü ifadə edib.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir