Bakıda ötən il itkin düşən qadın tapılıb

 Bakıda ötən il itkin düşən qadın tapıldı

Bakı şəhər sakini, 1942-ci il təvəllüdlü Y.Qurbanova 2019-cu il dekabrın 29-da, saat 19 radələrində  Şüvalan qəsəbəsindəki yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Daha sonra qadının ailə üzvləri hüquq-mühafizə orqanlarına müraciət ediblər.

Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri müvafiq əməliyyat-axtarış tədbirləri nəticəsində Y.Qurbanovanın yeri müəyyən olunaraq ailəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir