BP Əlcəzairdəki aktivlərini satmaq niyyətindədir

 BP Əlcəzairdə olan müəssisədəki payını satışa çıxardı

BP şirkəti Əlcəzairin İn Əmənas şəhərindəki qaz emalı müəssisəsindəki payına müştəri axtarır.

“Reuters”in məlumatına görə, müəssisədə 45,89 faizlik payı olan BP həmin payı 2 milyard ABŞ dollarına satmağı nəzərdə tutur. Bütövlükdə BP 2021-ci ilin ortalarınadək 15 milyard ABŞ dolları həcmindəki aktivlərini satmaq niyyətindədir.

Ölkənin şərqində, Liviya sərhədi yaxınlığında yerləşən müəssisə 2013-cü ilin yanvar ayında “Əl Qaidə” terror təşkilatının hücumuna məruz qalmışdı.

Bundan əvvəl BP-nin 19,75 faizi ona məxsus Rusiyanın “Rosneft” dövlət neft şirkəti ilə razılaşmaq cəhdi baş tutmayıb.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir