ETSN və AQTA: ictimai yerlərdə vəhşi heyvanların qanunsuz olaraq saxlanılması qətiyyətlə yolverilməzdir

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi birgə bəyanatla çıxış edib:

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatlarına əsasən, Çin Xalq Respublikasında baş vermiş və dünyanın bir sıra ölkələrinə yayılmış 2019-nCoV koronovirus epidemiyasının əsas səbəbkarı vəhşi, istiqanlı və soyuqqanlı heyvanlar, o cümlədən dəniz məhsulları hesab olunur. Ümumdünya Səhiyyə Təşkilatı (WHO) və OIE birlikdə virusun (2019-nCoV) heyvan mənşəli olduğu qənaətinə gəlib”.

Əldə olunan təcrübəyə əsasən 2019-nCoV koronovirusunun vəhşi heyvanlar vasitəsilə yayılması riski ölkəmiz üçün də mövcuddur.

Aparılan müşahidələr onu göstərir ki, hazırda bir sıra ictimai-iaşə obyektlərində, istirahət mərkəzlərində və digər ictimai yerlərdə vəhşi heyvanların qanunsuz olaraq saxlanılması, onlardan əyləncə məqsədilə istifadə olunması hallarına rast gəlinir. Bu kimi hallar qanunvericiliyin tələblərini pozmaqla yanaşı, koronovirus, quduzluq və s. kimi virus xəstəliklərinin yayılmasına da münbit şərait yaradır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) həmin şəxslərə xəbərdarlıq edərək bildirir:

İctimai-iaşə obyektləri, istirahət mərkəzləri və digər ictimai yerlərdə vəhşi heyvanların qanunsuz olaraq saxlanılması qətiyyətlə yolverilməzdir”.

ETSN və AQTA bir daha vətəndaşları epizootik vəziyyətlə bağlı diqqətli olmağa, xəstəlik əlamətləri müşahidə edilən, yaxud tələf olan vəhşi heyvanlarla (quşlarla) bağlı şübhəli hallar müşahidə etdikdə agentliyin regional bölmələrinə,  “1003-Çağrı Mərkəzi”nə, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı “Qaynar Xətti”nə məlumat verməyə çağırır.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir