Eyni vaxtda iki royalda ifa edib heyrətləndirdi

 Eyni vaxtda iki royalda ifa edib hamını heyrətləndirdi - VİDEO

Özbək əsilli Amerika pianoçusu Lola Astanova məharəti ilə sosial şəbəkə istifadəçilərinin marağına səbəb olub.

“Report” xəbər verir ki, pianoçu eyni vaxtda iki royalda ifa etdiyi “Maple leaf rag” kompozisiyasını özünün “Instagram”dakı səhifəsində paylaşıb. O, bununla sosial şəbəkədə istifadəçiləri heyrətləndirib.

Alətlər arasındakı məsafəyə baxmayaraq, pianoçu əsas hissəni sağ əllə məharətlə ifa edib, sol əllə isə müşayiət edib. Bu videoçarx xeyli sayda insan tərəfindən izlənilib. Sosial şəbəkə istifadəçiləri pianoçunun bu bacarığına müxtəlif cür reaksiya veriblər. “Bax belə! Heyran edici! Hər dəfə təəccüblü nəsə göstərirsiniz”, – deyə onladan biri yazıb.

“Mən hələ beləsini görmədim!” – deyə başqa bir izləyici müzakirəyə qoşulub.

 

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir