İlk kəşfiyyat quyusunun qazılmasına başlanılacaq

 “Dayazsulu Abşeron”da ilin sonunda ilk quyunun qazılmasına başlanılacaq

Abşeron yarımadasının dayazsulu sahədə yerləşən perspektiv strukturlarda neft ehtiyatlarının olduğu ehtimal edildiyinə görə ilk kəşfiyyat quyusunun qazılması işlərinin planlaşdırılması davam edir.

Quyunun qazılmasına seçilmiş qazma qurğusu üzərində hal-hazırda aparılan işlər sona çatdıqda, 2020-ci ilin axırlarında başlanılması nəzərdə tutulur.

Xatırladaq ki, 2014-cü il dekabrın 22-də Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə BP şirkəti arasında Abşeron yarımadasının ətrafındakı dayazsulu sahədə yerləşən potensial perspektiv strukturlarda birgə geoloji kəşfiyyat işlərinin aparılması və işlənməsi haqqında Hasilatın pay bölgüsü sazişi (HPBS) imzalanıb. Sazişin əhatə sahəsi Abşeron yarımadasının cənub hissəsinə doğru Xəzər hövzəsinin hüdudları boyunca uzanır. Müqavilə sahəsi 1 900 kv. km sahəni əhatə edir.

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir