İngiltərə klubu Azərbaycan futbolçusunu protokolda almaniyalı kimi göstərib

 İngiltərə klubu Azərbaycan millisinin futbolçusunu Avropa Liqasına almaniyalı kimi sifariş etdi

İngiltərənin “Vulverhempton” klubu Azərbaycan milli komandasının futbolçusu Renat Dadaşovu Avropa Liqasında oynayacaq oyunçuların siyahısına daxil edib.

“Report”un UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, 21 yaşlı hücumçu mövsümün ikinci yarısı üçün iştirak protokoluna salınıb. Lakin onun vətəndaşlığı  siyahıda almaniyalı kimi göstərilib. Dadaşov meydana 40 nömrəli forma ilə çıxacaq.

“Vulverhempton” 1/16 finalda İspaniya “Espanyol”u ilə üz-üzə gələcək. İngiltərə klubu ilk oyununu fevralın 20-də evdə, cavab görüşü fevralın 27-də səfərdə keçirəcək.

Qeyd edək ki, Renat Dadaşov mövsümün ilk yarısını icarə əsasında Portuqaliyanın “Pakuş de Ferreyra” klubunda keçirib.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir