İraqdakı nümayişdə onlarla insan xəsarət alıb

 İraqda toqquşmalarda onlarla insan xəsarət aldı

İraqın cənubundakı Nəcəf əyalətinin eyniadlı şəhərində nümayişçilərlə nüfuzlu şiə siyasətçisi və dini lider Müqtəda əs-Sədrin tərəfdarları arasında toqquşmalar olub.

Bu barədə ölkənin təhlükəsizlik orqanlarındakı mənbəyə istinadən “Al-Sumaria” telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, toqquşmalar zamanı azı 85 nəfər xəsarət alıb.

İraqda 2019-cu ilin oktyabrından davam edən etirazların gedişatında nümayişçilər hökumətin istefasını, korrupsiyaya, işsizliyə qarşı mübarizə aparılmasını, həyat şəraitinin yaxşılaşdırılmasını tələb edirlər. Ölkə prezidentinin sözlərinə görə, toqquşmalar və qarışıqlıqlarla müşayiət edilən etiraz aksiyaları nəticəsində 600-dən çox insan həlak olub, təxminən 50 min nəfər xəsarət alıb. Bu, 2003-cü ildə sabiq dövlət başçısı Səddam Hüseynin devrilməsindən İraqda ən genişmiqyaslı etiraz aksiyalarıdır.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir