Jurnalist kolleksiyaçı Tarix Muzeyinə XVI əsrə aid sikkələr hədiyyə edib

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika Fonduna jurnalist, kolleksiyaçı Ruslan Rəhimov tərəfindən 35 ədəd sikkə hədiyyə edilib.

Sikkələrin təyinatı nəticəsində onların XVI əsrə aid mis felslərdən ibarət olduğu müəyyənləşdirilib.

Zəyəm, Kaxetiya zərbxanalarının istehsalı olan, üzərində müxtəlif yazı və heyvan təsvirlərinin həkk olunduğu sikkələr o dövrün yerli pul bazarının tədqiqində önəmlidir.

 

 

 

 


Mənbə: AMEA

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir