Koronavirusa qarşı vaksin hazırlandığı iddia olunur

Londonun İmperiya Kolleci yeni koronavirusa qarşı vaksinin hazırlandığını iddia edib.

Bu barədə “Sky News” telekanalı məlumat yayıb.

Məlumata görə, vaksinin laboratoriya mərhələsi cəmi 14 gün çəkib. Artıq gələn həftə preparat heyvanlar üzərində yoxlanılacaq.

Adətən iş kliniki sınaqlara qədər yalnız iki-üç il sonra çatır. Vaksini hazırlayan qrupun rəhbəri professor Robin Şettok alimlərin  operativlik naminə intensiv çalışdığını qeyd edib.

O, layihə yetərincə maliyyələşdirldiyi halda  preparat kliniki sınaqlardan sonra  artıq yayda  insanların müalicəsində tətbiq edilə bilər.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir