Koronavirusdan həyatını itirənlərin sayı artıb, sağalanlar da var

Çində koronavirusdan insan itkisi 563 nəfərə çatıb, virusa yoluxanların sayıisə 28 018 nəfərə yüksəlib.

Bu barədə Çin Xalq Respublikasının Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Komitə  virusa yoluxanlardan 1153 nəfərin sağalaraq xəstəxanalardan evə buraxıldığını da açıqlayıb.

Xatırladaq ki, Çin hakimiyyəti ötən ilin 31 dekabrında Ümumdünya Səhiyyə Təşkilatını Uhan şəhərində naməlum pnevmoniyanın qeydə alınması barədə məlumatlandırıb. Mütəxəssislər xəstəliyin 2019-nCoV koronavirusu tərəfindən yayıldığını müəyyənləşdiriblər.

Bu günə kimi Çindən kənarda 190-dan çox insan bu xəstəliyə yoluxub, 1 nəfər vəfat edib. Ümumdünya Səhiyyə Təşkilatı yeni virusla bağlı beynəlxalq əhəmiyyətli fövqəladə vəziyyət elan edib.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir