Neymar Messi və Mbappedən danışıb

 Neymar Messi və Mbappedən danışıb

PSJ klubunun braziliyalı hücumçusu Neymar “Barselona”nın “forward” hücumçusu Lionel Messi, həmçinin Kiliane Mbappe haqqında fikirlərini bölüşüb.

Neymar Messi ilə münasibətlərinin əla olduğunu deyib.

“Messinin yanında oyun unikal təcrübə idi. Biz birlikdə çıxış edərək dost olduq. Messi gördüklərim arasında ən yaxşı futbolçudur”, – deyə Neymar bildirib.

Neymar Mbappeni əsl fenomen adlandırıb: “Onun tarixdə ən yaxşı oyunçulardan biri olmaq üçün potensialı var. Bir komandada onunla oynamaq böyük şərəfdir. Biz bir-birimizi meydanda və onun hüdudları xaricində əla anlayırıq. Mən onu sevirəm”.

Neymar bildirib ki, ən yaxşı mükafat komandanın qələbəsidir. “Mən hər gün inadla məşq edirəm ki, daha yaxşı olum. Həmişə fərdi və kollektivlə birlikdə inkişaf etməyə çalışıram. Əgər bir dəfə mən şəxsi mükafatı alsam, bu, mənim işimin nəticəsi olacaq”, – deyə futbolçu əlavə edib.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir