Onlar qanunsuz miqrantlara həyatlarını itirməsinlər deyə yardım edirlər

Kaliforniyanın cənubunda yaşayan Con və Lora illərdir sərhədyanı səhralıqdan keçərək  ABŞ-a keçməyə çalışan mühacirlərin bu mərhələdən sağ keçməsinə yardım edir.

Lora Hanter əslən Meksikanın Halisko ştatındandır. O, Amerikaya 43 il əvvəl köçüb və artıq uzun müddətdir ABŞ vətəndaşıdır.

Con Hanterlə 2000-ci ildə görüşən Lora həmin il sərhədi keçməyə cəhd edən 28 mühacirin susuzluqdan öldüyünü bildirib.  Bundan sonra Con səhrada su mənəqələri qurmaqla  bu insanlara yardım göstərməyə başlayıb. Məntəqələr uzaqdan görünsün deyə, hər birinə bayraq asılıb.

Lora ilk könüllülər arasında olub. O deyir:

340 su stansiyamız var idi. Əlavə yardım olmadığı üçün çox yorulurduq. Con deyirdi ki, birdən kimsə ölər. Mən isə ona əlimizdən yalnız bunun gəldiyini deyirdim…”

Onların yanlarında rast gəldikləri  mühacirlərin hamısı ilə bölüşməyə yetəcək qədər həmişə  yemək və suları olur.

“Biz siyasətləri və ya ölkəyə gələnlərin vəziyyətini dəyişə bilmərik, yeganə iş su verməkdir. Əlimizdən gəlirsə, niyə də etməyək?” , – Lora deyir.

Lakin onların etdikləri heç də hamı tərəfindən dəstəklənmir.

“Arizona vətənpərvərləri” adlanan qrup miqrantlara yardım göstərənlərə etiraz edir.

“Biz, əlbəttə, heç kimin ölümünü istəmirik. Lakin onların vətənlərində də su var!”, – deyə qrupun üzvü Cennifer bildirib.

Qanunsuz mühacirlərin yemək və su ilə təminatı cinayət hesab edilməsə də, yardım göstərənlər arasında həbs edilənlər də olub.

Conun gələcək layihəsi ABŞ-Meksika sərhədləri boyunca uzanan “Bütün amerikalıların kanalı” adlı suvarma layihəsinə qoşulmaqdır. 70 ildən çox fəaliyyətdə olan bu kanalda azı 500 mühacir boğulub.

Con ümid edir ki, hər 400 metrdə sudabatmaz ipə düzülmüş çəlləklər yerləşdiriləndə insanlar onlardan tutub sudan çıxa bilsinlər.

Su layihəsi ilə razılıqlarına baxmayaraq Hanter ailəsi ziddiyyətli siyasi baxışlara malikdir. Belə ki, Con Trampı dəstəkləyir. Lakin onların ortaq nöqtəsi ABŞ-a üz tutanlara yardım göstərməkdir.


Mənbə: VoA

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir