Orta aylıq pensiya məbləği 262 manatdan 300 manatadək yüksəldiləcək

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev:

Ötən ilki və hazırkı pensiya artımları üzrə pensiyaçılara illik əlavə 1 milyard manat ödəniləcək”.

Nazir bunu sərəncamın icrası ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

Nazir xatırladıb ki, Prezident İlham Əliyevin bugünkü sərəncamı ilə orta aylıq pensiya məbləği 262 manatdan 300 manatadək yüksələcək:

Bu həm də qeyri-formal məşğulluq sahəsində işləyən vətəndaşlara bir mesajdır ki, onlar da öz əmək fəaliyyətlərini rəsmiləşdirsinlər. Pensiya kapitallarına malik olsunlar ki, hər il dövlət tərəfindən həmin pensiya kapitallarının indeksləşdirilərək artırılması imkanından faydalansınlar. Beləliklə də gələcəkdə pensiya təminatı hüququna sahib olsunlar”.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir