Türkiyədəki təyyarə qəzasında 3 nəfər həlak olub, "Sabiha Gökçen"a reyslər dəyişdirilib

Türkiyənin “Sabiha Gökçen” hava limanında dünən baş vermiş qəzada  – təyyarənin  uçuş zolağından çıxması nəticəsində  3 nəfərin həyatını itirdiyi, 180 nəfərin yaralandığı açıqlanıb.  Təyyarənin pilot kabini bütünlüklə gövdədən qopsa da, pilotlar qəzadan yüngül xəsarətlərlə qurtulublar. Həlak olanlar sərnişinlərdir. Yaralılardan 6-cı heyət üzvüdür. Bir nəfərin xəsarətləri orta-ağırdır.

Xatırladaq ki, “Pegasus” şirkətinə məxsus  “Boeing 373”  tipli təyyarə İzmir-İstanbul reysini həyata keçirib. Təyyarə “Sabiha Gökçen” aeroportuna sərt eniş edib və uçuş zolağından çıxıb.

İstanbul valisi Yerlikaya qəzada 12 fərqli ölkədən 22 xarici vətəndaşın xəsarət aldığını bildirib.

İstanbul valiliyinin məlumatına görə, qəza çərşənbə günü saat yeddi radələrində olub.

Təyyarə sərt eniş ettdikdən sonra dayanmayıb və uçuş zolağından çıxaraq 30-40 metr hündürlükdən magistral yolun kənarındakı boş əraziyə düşüb.

Pilot kabini və quyruq tərəfi parçalanaraq təyyarənin gövdəsindən ayrılıb.

Qəzadan sonra təyyarə heyətinin və sərnişinlərin bir hissəsi özləri hava gəmisindən xilas olublar.

Sabiha Gökçen hava limanına olan 37 uçuş İstanbul aeroportuna yönləndirilib

Azərbaycandan  “Sabiha Gökçən” hava limanına uçuş həyata keçirən “Buta Airways” bu günə  olan reyslərini dəyişib.

“Buta Airways”  J2-9103 nömrəli reyslə sərnişinləri  İstanbul hava limanına çatdırılacağını elan edib.

Eyni zamanda, “Sabiha Gökçen”dən Bakıya reys də dəyişdirilib.

“Buta Airways”   “Sabiha Gökçen” aeroportundan Bakıya uçmalı olan sərnişinlərin  İstanbulun yeni hava limanına avtobuslarla çatdırılacağını açıqlayıb.

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir