Ağsuda fərdi yaşayış evi yanıb

 Ağsuda fərdi yaşayış evi yanıb

Ağsu rayonunda fərdi yaşayış evi yanıb.

”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, bu gün günorta saatlarında Bico kəndində Namiz Dadaşova məxsus 80 kvadratmetrlik iki otaqlı evdə yanğın olub.

Əraziyə Ağsu rayon yanğından mühafizə hissəsinin 2 texnikası və 10 nəfərlik şəxsi heyəti cəlb olunub. Yanğın söndürülüb.

Qeyd edək ki, evin iki otağından birində 30 ədəd (450 kiloqram) ot bağlaması olub.

Yanğının səbəbləri araşdırılır.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir