Azərbaycan musiqiçiləri də Tbilisi Caz Festivalına dəvət olunublar

Mədəniyyət Nazirliyinin məlumatına görə,  martın 25-də Tbilisidə 23-cü Caz Festivalı keçiriləcək. Rustaveli teatrında olacaq musiqi bayramı üç gün davam edəcək. Festivalda Britaniya, ABŞ, Fransa, Gürcüstan və digər ölkələrin tanınmış caz ustaları iştirakı nəzərdə tutulub.

Eyni zamanda bu musiqi bayramına Azərbaycan cazmenləri və caz musiqisi üzrə mütəxəssislərimız də dəvət olunublar.

Festivalın ilk günündə Dayana Rivz öz qrupu ilə çıxış edəcək.

Dünya şöhrətli cazmenlərlə yanaşı, Gürcüstanın məşhur Qudci Mardina, Luka Topuriya (kvartet), Rezo Kiknadze (sikstet) və Qiya Rakviaşvili üçlüyü də səhnəyə çıxacaq.

Festivalda məşhur azərbaycanlı cazmen Vaqif Mustafazadənin əsərlərinə müraciət olunacaq.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir