Azərbaycanda kiçik və orta biznesin inkişafı ilə bağlı hədəflər açıqlandı

 Azərbaycanda kiçik və orta biznesin inkişafı ilə bağlı hədəflər açıqlandı

İnanıram ki, Xaçmaz rayonunda Kiçik və Orta Biznes Evinin (KOB Evi) açılması bu rayonda və bölgədə olan kiçik və orta biznes nümayəndələrinin bu mərkəzə axınını təmin edəcək. Bu bölgədə olan iqtisadi fəallıq onların bu qərarlarının faydasını görməyə imkan verəcək”.

Bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Xaçmazda Kiçik və Orta Biznezin İnkişafı Agentliyinə (KOBİA) məxsus KOB Evinin açılışında çıxışı zamanı bildirib.

 Bu gün bizim qarşımızda kiçik və orta biznesin inkişafı ilə bağlı bir sıra mühüm hədəflər durur. Kiçik və orta biznesin inkişafı bizim üçün bir neçə aspektdən prioritet məsələdir. Onlardan biri də məşğulluqdur. Bilirsiniz ki, ölkəmizdə mövcud olan iqtisadi, siyasi sabitlik, makroiqtisadi sabitlik Azərbaycanın regionda, bölgədə xüsusi rolunu şərtləndirir. Bu nöqteyi-nəzərdən ölkəmizin hər bir vətəndaşının, sahibkarlığa marağı olan hər bir şəxsin potensialının reallaşdırılması üçün sadəcə olaraq iş yeri tapmaq fikri ilə deyil, iş yeri yaratmaq fikri ilə işə başlayan hər bir vətəndaşımız üçün dövlət tərəfindən bir sıra alətlər və institusional tədbirlər vasitəsilə müvafiq qanunvericilik çərçivəsində dəstək verilir, şərait yaradılır”.

 

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir