Bakıda avtomobil maneəyə çırpıldı, üç nəfər xəsarət aldı

 Bakıda avtomobil maneəyə çırpıldı, üç nəfər xəsarət aldı

Bu gecə Bakıda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Suraxanı rayonunda qeydə alınıb.

Belə ki, nəqliyyat vasitəsinin yol kənarındakı maneəyə çırpılması nəticəsində Rüstəmov Murad Cəsur oğlu, Məhərrəmov İlkin Vladimir oğlu və Abdullazadə Xəyal Vaqif oğlu yaralanıb.

Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Rüstəmov Murad Cəsur oğluna baş-beyin silkələnməsi və bədənin çoxsaylı zədələri, digər iki şəxsə isə qapalı kəllə-beyin travması və baş-beyin silkələnməsi diaqnozları qoyulub. Faktla bağlı araşdırma aparılır.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir