Çində koronovirusdan sağalanların sayı artıb

 Çində koronovirusdan ölənlərin sayı durmadan artır

Çində koronavirusun yeni ştamına (2019-nCoV) yoluxanların sayı 30,6 min,  həyatını itirənlərin sayı isə 633 nəfərə çatıb.

Bu barədə “Vani” agentliyi  xəbər verir. Bildirilib ki, 1,4 min nəfər sağalıb. Mərkəzi hökumət orqanlarının məlumatına görə, ölkədə 186 mindən çox insan karantindədir.

Məlumata görə, virus ən çox Hubey əyalətində yayılıb. Burada 22,1 min nəfər koronavirusa yoluxub, 618 nəfər vəfat edib.

 Çində koronovirusdan ölənlərin sayı durmadan artır

Əyalətdə xəstəliyə yoluxan insanlarla təmasda olmuş 64 mindən çox vətəndaş həkimlərin daimi nəzarətindədir. Çjetszyan (970 nəfər yoluxub) və Quandun (954 nəfər yoluxub) əyalətlərində virusa yoluxma qeydə alınsa da, ölüm hadisəsi olmayıb. Öz növbəsində, 70 və 91 nəfər sağalıb. Pekində isə 274 nəfər yoluxub, 1 nəfər vəfat edib.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir