Evdə su kranını açdılar, alkoqol gəldi

 Evdə su kranını açdılar, alkoqol gəldi

Hindistanın Trissur şəhərində (Kerala ştatı) çoxmənzilli binada 18 ailə su ilə bağlı rəhbərliyə şikayət edib.

“Report” “New Minute”a istinadən xəbər verir ki, bina sakinləri kranlardan içməli su yerinə alkoqolun axdığından şikayətçi olublar.

Sakinlərin sözlərinə görə, əvvəl binaya alkoqol qoxusu yayılıb, növbəti gün isə kranlardan su ilə likörün qarışığı axmağa başlayıb.

Məlum olub ki, 6 il öncə binanın yanında bar mövcud olub. Bir müddət sonra bar bağlanılıb  və bütün alkoqol müsadirə edilib.

Dövlət işçiləri alkoqolun utilizasiyasına icazə alıblar və onu bar yanında basdırıblar. Nəticədə 6 min  litr alkoqol su anbarına sızıb və su ilə qarışıb.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir